Polşada dövlət televiziyası ləğv edilib

Polşanın mədəniyyət və milli irs naziri Bartolomey Senkeviç Polşa dövlət televiziya kanalı, radio və xəbər agentliyinin ləğv olunduğunu elan edib.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, məlumatı RMF24 radiostansiyası yayıb.

“Prezidentin dövlət mediasının maliyyələşdirilməsini dayandırmaq qərarı ilə əlaqədar mən Telewizja Polska S.A., Polskie Radio S.A., Polskiej Agencji Prasowej S.A. şirkətlərini ləğv etmək qərarına gəldim”, Senkeviç deyib.

O, əlavə edib ki, “indiki vəziyyətdə bu, həmin şirkətlərin davamlı fəaliyyətini təmin edəcək, lazımi restrukturizasiyanı həyata keçirəcək və maliyyə çatışmazlığı səbəbindən işçilərin ixtisarının qarşısını alacaq”.

Bundan əvvəl prezident aparatının rəhbəri bildirib ki, gələn ilin büdcəsində dövlət televiziyası üçün vəsait nəzərdə tutulmayıb.