Şolts: “Rusiyanın müharibədə yeganə yolu budur”

Rusiya Ukrayna əhalisinə hücumları dərhal dayandırmalıdır.

Globalinfo.az xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts deyib.

“Mülki əhaliyə qarşı bomba terroru dərhal dayandırılmalıdır. Rusiya artıq bu müharibəni döyüş meydanında uda bilməz, ona görə də sülh danışıqları üçün yol açmalıdır”, – o bildirib.

Qeyd edək ki, Rusiya təkcə dünən Ukraynaya 67 raket atıb. Ölkəyə son bir ayda endirilən zərbələr nəticəsində Ukraynanın enerji sistemi çökmək ərəfəsinə çatıb. Bununla belə, Ukrayna Qərbin bütün istəklərinə baxmayaraq, Moskva ilə danışıqlar masasına oturmaqdan imtina edir.

İlkin
Globalinfo.az