Polşa “F-16”-ları havaya qaldırdı

Polşa Silahlı Qüvvələri F-16 qırıcı təyyarələrini havaya qaldırıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Polşa Silahlı Qüvvələrinin operativ komandanlığı məlumat yayıb.

Bildirilib ki, Polşan hava məkanının təhlükəsizliyini təmin etmək üçün bütün lazımi prosedurlara start verib.

“Rusiya aviasiyasının Ukrayna ərazisinə raket hücumları ilə bağlı hərəkətlərini izləyirik”, – məlumatda bildirilib.