Qərb Rusiyaya zərbə endirməyə hazırlaşır – Politoloq

“Rusiya Mərkəzi Bankının Qərb maliyyə mərkəzlərindəki dondurulmuş ehtiyatlarını Moskvanın Ukraynadakı dağıntılara görə təzminat ödəmək təşəbbüslərini gözləmədən müsadirə etməyi düşünürlər”.

Globalinfo.az xəbər verir ki, bu sözləri politoloq Yeganə Hacıyeva qeyd edib.

“Son aylar bir neçə dəfə istər ABŞ, istər NATO, istərsə də Avropa Birliyi rəsmilərinin təxminən “Ukraynadakı müharibə bizə baha başa gəlir”, “Ukraynanın Qərb tərəfdaşları yorulub” kimi mesajları bu qəbildəndir.

Rusiyanın təcavüzkar müharibəsi ən çox Ukraynanın özünə baha başa gəlir. Hələ avqust ayında, müharibənin ilk beş ayı üçün Dünya Bankı hesablamışdı ki, Ukraynada iqtisadi axınlar və istehsaldakı fasilələr, habelə müharibə ilə bağlı əlavə xərclər ümumi olaraq 252 milyard dollar itki ilə ölçülür.

Aradan beş ay keçib, indi Qərb təşkilatları Rusiya Mərkəzi Bankının ehtiyatlarını müsadirə etməyin vaxtı çatması haqqında açıq danışırlar”, – o bildirib.

Gülnar Səlimova
Globalinfo.az