Rumıniyada hava məkanını pozan Rusiyaya məxsus pilotsuz uçuş aparatı ələ keçirilib. Rusiya dronu Rumıniya hava məkanına 10 kilometr dərinlikdə daxil olub və təxminən 50 dəqiqə orada qalıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski məlumat yayıb.
*** 21:08
Xəbər verdiyimiz kimi, Polşa Ukraynanın qərb bölgələrindən gələn pilotsuz uçuş aparatları hücumu təhlükəsi ilə əlaqədar qırıcılarını səmaya qaldırıb. Bir qədər əvvəl sosial mediada Polşada hava həyəcanı siqnalı eşidilməsi ilə bağlı görüntülər yayımlanıb.
Globalinfo.az xəbər verir ki, məlumata əsasən, hava həyəcanı siqnalı Polşanın şərqində işə düşüb.
Bundan başqa, Rumıniyanın da Rusiyaya məxsus pilotsuz uçuş aparatı səbəbindən qırıcılarını səmaya qaldırdığı bildirilir. Yerli KİV-in məlumatına görə, qırıcılar 86-cı Fetesti aviabazasından havaya qalxıb və hazırda hələ də havadadır.
Dronların İran istehsalı olan və hazırda Rusiya ordusunun Ukraynaya qarşı geniş şəkildə istifadə etdiyi “Şahed” PUA-ları olduğu bildirilir.
Aysel Əliyeva
Globalinfo.az