İrəvandan İstanbula enən təyyarənin müəmması – Nə baş verir?

Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın İrəvan səfəri başa çatıb.

Globalinfo.az xəbər verir ki, bu məlumatı Klaar öz tviter səhifəsində paylaşıb.

Məlumata görə, İrəvanı tərk etməzdən öncə Klaar Baş nazir Nikol Paşinyan, XİN rəhbəri Ararat Mirzoyan və Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşüb.

Maraqlı məqam Klaarın İrəvandan İstanbula yollanmasıdır. Diplomat Türkiyəyə niyə getdiyini açıqlamayıb.

Qeyd edək ki, bundan öncə Türkiyə mətbuatı İrəvanla Ankara arasında münasibətlərin normallaşmasının ikinci mərhələsinin başladığını bəyan etmişdi.

İlkin
Globalinfo.az