photo 166733

Polşa Xarici İşlər Nazirliyi Rusiyaya missiyasına rəsmi etiraz notası təqdim edib.

Globalinfo.az-ın xəbərinə görə, nota Polşanın Kiyevdəki səfirliyinə hava hücumu nəticəsində dəymiş ziyanla bağlıdır.

Polşa XİN-in “X” sosial şəbəkəsində yaydığı açıqlamada bildirilir ki, Rusiya tərəfindən həyata keçirilən hücum nəticəsində Kiyevdəki Polşa səfirliyinin binası ziyan görüb. Varşava bu hadisəni beynəlxalq hüququn və diplomatik toxunulmazlığın pozulması kimi qiymətləndirib.

Xatırladaq ki, bu gün Ermənistan da Rusiya səfirinə rəsmi etiraz notası təqdim edib.

Tahir Turan 

Globalinfo.az

Paylaş: