0x0 kis aylarinda kalbiniz daha fazla calisiyor iste alinmasi gereken onlemler 1769511954485 14

Böyük Britaniya hökumətində baş verən “Epşteyn qalmaqalı” Dauninq-stritdə ardıcıl istefalara səbəb olub.

Globalinfo.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, bu barədə “Sky News” məlumat yayıb.

Bildirilir ki, Baş nazir Kir Starmerin baş kommunikasiya direktoru Tim Allan vəzifəsindən istefa verib.

Nəşr yazır ki, bu qərar ölkənin ABŞ-dəki keçmiş səfiri Piter Mandelsonun qalmaqallı maliyyəçi Ceffri Epşteynlə əlaqələri ətrafında yaranmış gərginlik fonunda verilib. Allan açıqlamasında yeni komandanın qurulmasına şərait yaratmaq üçün bu addımı atdığını bildirib.

Qeyd edək ki, bu, son 24 saat ərzində Britaniya hökumətində ikinci yüksək səviyyəli istefadır. Belə ki, dünən Baş nazirin aparat rəhbəri Morqan Maksvini də eyni səbəbdən postunu tərk edib. Maksvini Piter Mandelsonun səfir təyin edilməsi qərarında məsuliyyəti öz üzərinə götürərək, bu təyinatın səhv olduğunu etiraf edib.

Xatırladaq ki, Starmer artıq Epşteynin qurbanlarından rəsmi şəkildə üzr istəyib və Mandelsonun ona yalan söylədiyini bildirib.

Paylaş: