
Oktyabrın 9-da ağır yol-nəqliyyat hadisəsi zamanı həlak olan Cavid Namiq oğlu İsmayılzadə torpağa tapşırılıb.
Globalinfo.az bildirir ki, bu barədə Oxu.Az-a məlumat daxil olub.
Qeyd edək ki, C.İsmayılzadə Bakının Nərimanov Rayon Polis İdarəsinin rəis müavini olub.
Onun atası polkovnik Namiq İsmayılov isə Binəqədi rayonunun sabiq polis rəisi olub.

***08:57
Dəhşətli yol-nəqliyyat hadisəsi zamanı həlak olan polis zabiti Cavid İsmayılzadənin avtomobilinin qəzadan sonrakı görüntüləri yayılıb.
Globalinfo.az “Qafqazinfo”ya istinadən bildirir ki, Cavid İsmayılzadə Nərimanov Rayon Polis İdarəsinin əməliyyat işləri üzrə rəis müavini idi.
Onun atası polkovnik Namiq İsmayılov isə əvvəllər Binəqədi və daha sonra Abşeron Rayon Polis İdarəsinin rəisi olub.
Oxu.az-a istinadən hadisə yerindən görüntüləri təqdim edirik: