
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonunda yerləşən Dənizkənarı Milli Park ərazisində 1 nəfərin dənizdə batma təhlükəsində olması barədə məlumat daxil olub.
FHN-in mətbuat xidmətindən Globalinfo.az-a verilən məlumata görə, məlumatla əlaqədar dərhal hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin “Bakı-bulvarı” dalğıc-axtarış qrupu cəlb edilib.
Həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində dənizdə batma təhlükəsində olan 2000-ci il təvəllüdlü Ağazadə Şəbnəm Əhməd qızı dalğıclar tərəfindən xilas edilərək aidiyyəti üzrə təhvil verilib.
Qeyd edək ki, öncə ərazidə olan polis əməkdaşı qadını xilas etmək məqsədilə özünü dənizə atıb.
***09:38
Səbail rayonunda polis özünü dənizə atan qadını xilas edib.
Globalinfo.az xəbər verir ki, hadisə Dənizkənarı Milli Park ərazisində baş verib. Belə ki, bulvarda dənizdə boğulmaq təhlükəsi ilə üzləşən şəxs xilas edilib.
Məlumata görə, dənizdə üzərək batma təhlükəsi ilə üzləşən qadına yaxınlaşan polis FHN-nin əməkdaşları ilə birgə onu karterlə sahilə çıxarıb.
2000-ci il təvəllüdlü şəxs tibb personalına təhvil verilib.