Pentaqonun keçmiş rəhbəri və ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin sabiq direktoru Leon Panetta Rusiyanın Avropaya təhlükə yaratdığını bildirib.
Globalinfo.az xəbər verir ki, Panetta “Bild”ə müsahibəsində NATO-nun Rusiyanın mümkün addımlarına qarşı son dərəcə hazırlıqlı olması gərəkdiyini vurğulayıb.
Onun sözlərinə görə, Moskva NATO-nun müdafiə imkanlarını sınaqdan keçirməyə davam edə bilər. Bu səbəbdən alyans özünün “qırmızı xətlərini” dəqiq müəyyənləşdirməli və potensial təhdidlərə qarşı vahid mövqe nümayiş etdirməlidir.
Sabiq nazir hesab edir ki, Rusiyanın əsas məqsədlərindən biri NATO üzvlərinin alyansın kollektiv müdafiəsini nəzərdə tutan 5-ci maddəyə nə dərəcədə sadiq qalacağını yoxlamaq ola bilər.
Panetta NATO-nun bu cür ssenarilərə əvvəlcədən hazır olmasının vacibliyini qeyd edib.
Tahir Turan
Globalinfo.az