Paşinyanı hakimiyyətdə kim saxlayır? – “Onunla bağlı artıq “B” planı var”

“Hazırda Ermənistan xalqı Nikol Paşinyandan narazıdır, lakin onun hakimiyyətdə qalması ilə bağlı qərarı özü deyil, “geosiyasi ağalar” verir”.

Globalinfo.az xəbər verir ki, bunu həbsdə olan Ermənistan müxalifətinin nümayəndələrindən Armen Aşotyan vətrəndaşlarla görüşündə deyib.

A.Aşotyan Nikol Paşinanın ətrafındakıların onunla bağlı “B” planı olduğunu bildirib:

“Paşinyanın vəzifə müddəti ilə bağlı qərarı artıq xalq vermir. O, geri çəkilməməklə bu məsələni özü həll edir. Lakin Paşinyan sadəcə özünü aldadır. Onun vəzifədə qalması “geosiyasi ağalar”ın maraqlarına bağlıdır. Nikolu Azərbaycan və Rusiyaya qarşı istifadə etmək üçün hələ bir müddət hakimiyyətdə saxlayacaqlar. Şübhə yoxdur ki, Paşinyan ona tapşırılan “qara missiya”nı başa vuran kimi öz ağaları onu vəzifədən uzaqlaşdıracaq. Paşinyan bilir ki, hazırda onun ətrafındakıların “B” planı var. İndiki hakim fraksiya komandasından uzaqlaşarsa, vəzifəsini təhdid edən və daha çox qərbyönümlü olan nümayəndələrə qarşı heç bir tədbir görə bilməyəcək”.

Ayşən Mustafa
Globalinfo.az