gemi 2

İran ABŞ və İsraillə əlaqəli yük gəmilərini ələ keçirib.

Globalinfo.az xəbər verir ki, bu barədə SEPAH məlumat yayıb.

“İki konteyner gəmisi, “MSC Francesca” və “Epaminondas”, hazırda İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) dəniz qüvvələrinin tam nəzarəti altındadır və Hörmüz boğazı yaxınlığında lövbər salıb”, – deyə bildirilib.

Məlumata görə, “Epaminondas” ABŞ ordusu ilə əməkdaşlıq edir, “MSC Francesca” isə İsraillə əlaqəlidir.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: