952080

Ermənistan-İran və Ermənistan-Türkiyə sərhəd xətləri boyunca Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin (FTX), eləcə də Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin hərbçiləri xidmət aparacaq.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistan Baş nazirinin mətbuat katibi Nazeli Baqdasaryan deyib.

O bildirib ki, Moskvada Vladimir Putin və Nikol Paşinyan arasında bununla bağlı razılıq əldə olunub.

Ermənistan və İranın sərhəd bölgəsində yerləşən nəzarət-buraxılış məntəqələrində isə erməni sərhədçilər keşik çəkəcəklər.

Qeyd edək ki, bu barədə qərar 2025-ci il yanvarın 1-dən etibarən qüvvəyə minəcək.

Müşviq Tofiqoğlu
Globalinfo.az

Paylaş: