فتاح (موشک) - ویکی‌پدیا، دانشنامهٔ آزاد

Oktyabrın 1-də İran İsrailə hücum zamanı ilk dəfə “Fəttah-1” hipersəs raketlərindən istifadə edib. Raketlər İranın Kirmanşah və Təbriz bazalarından buraxılıb.

Globalinfo.az “Fəttah-1” raketi ilə bağlı məlumatı təqdim edir:

“Fəttah-1” İranın İslam İnqilabı Keşikçiləri Korpusu tərəfindən hazırlanmış ilk hipersəsli ballistik raketidir.

Tehran bu raketlə bağlı ilk məlumatı 10 noyabr 2022-ci ildə “İran raketlərinin atası” kimi tanınan Həsən Tehrani Moqhaddamın ölümünün 11-ci ildönümündə bəyan edib.

Raketin 2023-cü ildə keçirilən təqdimat mərasimində İranın mərhum prezidenti İbrahim Rəisi də iştirak edib.

Sözügedən raketin adı ərəbcə “qalib”, “qələbə gətirən” mənasını verir və İranın ali rəhbəri Əli Xamenei tərəfindən seçilib.

Onun sürəti və yüksək manevr qabiliyyəti raketdən müdafiə sistemlərindən yayınmağa kömək edir.

Mənzili 1400 km-dir.

İranın nüvə proqramını davam etdirəcəyi təqdirdə nüvə başlıqları daşımaq qabiliyyətinə də malik olacağı bildirilir.

Safura Bənnayeva
Globalinfo.az 

Paylaş: