papaa

Papa XIV Leo ABŞ və İsrailin İrana  hücumlarından sonra mənəvi məsuliyyətə çağırıb.

Globalinfo.az xəbər verir ki, bu barədə o, bazar günü Müqəddəs Pyotr Meydanında dindarlara müraciətində danışıb.

Papa xatırladıb ki, sabitlik və sülh silah və qarşılıqlı təhdidlərlə qurula bilməz.

“Yaxın Şərqdə, İranda baş verənlər son dərəcə narahatedicidir”, – deyə o bildirib.

XIV Leo bu cür hərəkətlərin dağıntılara və əzablara səbəb olduğunu qeyd edib və münaqişə tərəflərini səmimi və məsuliyyətli dialoqa səsləyib.

Papanın sözlərinə görə, bu, daha böyük bir faciənin qarşısını almaq üçün lazımdır.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: