
Pakistanda məscid yaxınlığında güclü partlayış baş verib.
Globalinfo.az xəbər verir ki, bu barədə “Geo News” məlumat yayıb.
Hadisə Xeybər-Paxtunxva vilayətində qeydə alınıb. Partlayışın cümə namazı zamanı baş verdiyi bildirilir.
İlkin məlumata əsasən, hadisə nəticəsində 15 nəfər həyatını itirib, 50-dən çox şəxs yaralanıb. Yaralananlar arasında polis əməkdaşlarının da olduğu qeyd edilir.
Partlayışın gücü nəticəsində məscidin binasına ciddi ziyan dəyib.
Məlumata görə, partlayıcı maddə ilə yükləndiyi bildirilən avtomobil məscidin yaxınlığında yerləşən obyektlərdən birinə çırpılıb və bundan sonra partlayış baş verib.
Safura Bənnayeva
Globalinfo.az