isiq 5

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində keçiriləcək “Orhus” – “Sabah” matçının başlama vaxtı dəyişdirilib.

Globalinfo.az xəbər verir ki, qarşılaşma nəzərdə tutulan vaxtdan yarım saat sonra – Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Buna Orhusdan Randersə gedən yolda baş verən avtoqəza nəticəsində yaranan tıxac və komandaları daşıyan avtobusların gecikməsi səbəb olub.

Qeyd edək ki, “Orhus”un doğma stadionunda yenidənqurma işləri aparıldığı üçün komanda avrokubok matçlarını Randers şəhərində keçirir.

Paylaş: