Ordumuzdan ermənilərə CAVAB – düşmənin 2 əsgəri məhv edildi

 

Sentyabrın 1-i səhər saatlarında Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Zod istiqamətindəki bölmələri tərəfindən Azərbaycan Ordusunun Kəlbəcər rayonu ərazisində yerləşən mövqelərinə qarşı zərbə PUA-sı tətbiq edilib.

Müdafiə Nazirliyindən verilən məlumata görə, üç hərbi qulluqçumuz yaralanıb.

Globalinfo.az erməni mediasına istinadla xəbər verir ki, Azərbaycan ordusunun cavab tədbirləri nəticəsində iki erməni əsgəri məhv edilib, biri isə yaralanıb.

Zaira Akifqızı
Globalinfo.az