Ordumuz iki kəndi nəzarətə götürdü, amerikalı politoloq yazdı

Sosial şəbəkələrdə Şuşada 2148 metr yüksəklikdə Azərbaycan bayrağının sancılması, iki kəndin nəzarətə götürülməsi, həmçinin Laçın dəhlizi ətrafında bütün dolama torpaq yollarına ordumuzun nəzarəti bərpa etməsi müzakirələrə səbəb olub.

Globalinfo.az xəbər verir ki, amerikalı politoloq Lük Koffi məsələyə münasibət bildirərək həmin ərazilərin Azərbaycanın qanuni torpaqları olduğunu vurğulayıb.

“Unutmayın ki, beynəlxalq hüquqa əsasən bu ərazilər Azərbaycana məxsusdur, o bu toprağı heç kimdən almayıb. Azərbaycanın öz bayrağını özünə məxsus olan ərazinin istənilən yerində dalğalandırmaq hüququ var. Ermənistan, Rusiya və İran isə buna hörmət etməlidir”,  – o deyib.

Ayşən Mustafa
Globalinfo.az