ABŞ-ın Birləşmiş Millətlər Təşkilatındakı səfiri vəzifəsinə Eliz Stefanikin namizədliyi geri götürülüb.
Globalinfo.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp sosial şəbəkə hesabında məlumat yayıb.
“Eliz Stefanik lap öncədən səylərimizin mühüm bir parçası olub. Ən böyük müttəfiqlərimdən biri kimi Elizdən Konqresdə qalmasını xahiş etmişəm”, – Tramp qeyd edib.
Onun yerinə kimin namizəd olacağı barədə heç bir açıqlama verilməyib.