300-ə yaxın sərnişinin olduğu Malayziya Hava Yollarına məxsus təyyarə qadının nəfəs darlığı səbəbindən təcili eniş edib.
Globalinfo.az xəbər verir ki, bu barədə “The Times of India” məlumat yayıb.
Hadisə oktyabrın 13-də Səudiyyə Ərəbistanından Malayziyaya uçan təyyarədə baş verib.
“Sərnişin nəfəs almaqda çətinlik çəkdikdən və ekipaj ona kömək edə bilmədikdən sonra pilot Hindistanın Çennai hava limanı ilə əlaqə saxlayıb və eniş tələb edib”, – deyə bildirilib.
Məlumata görə, yerdə növbətçi həkim briqadası qadına tibbi yardım göstərib və onu oksigenlə təmin edib.
Sərnişinin uçmasına icazə verilib, təyyarə təyinat yerinə getməyə davam edib.
Günel Cəlil
Globalinfo.az