Fəlsəfə elmləri doktoru Niyazi Mehdi Maştağa qəbiristanlığında dəfn edilib.
Globalinfo.az xəbər verir ki, dəfn mərasimində mərhumun ailə üzvləri, müxtəlif ictimaiyyət nümayəndələri iştirak ediblər.
Niyazi Mehdinin üç mərasimi martın 2-də Təzəpir məscidində olacaq.

***10:00
Atam gecə saatlarında Mərkəzi Gömrük Hospitalında dünyasını dəyişdi. Bu gün Maştağa qəbiristanlığında dəfn ediləcək.
Globalinfo.az xəbər verir ki, bu sözləri Teleqraf-a tanınmış filosof-kulturoloq Niyazi Mehdinin oğlu Toğrul Mehdi deyib.
“Atamın cənazəsi Göy məsciddən qəbiristanlığa aparılacaq. Yas mərasimi martın 3-də Təzə pir məscidində keçiriləcək”, – deyə bildirib.
***08:48
Fəlsəfə elmləri doktoru Niyazi Mehdi vəfat edib.
Globalinfo.az bildirir ki, bu barədə “Report”a onun oğlu Toğrul Mehdi məlumat verib.
Qeyd edək ki, Niyazi Mehdi bir neçə gün əvvəl vəziyyətinin ağırlaşması səbəbilə reanimasiya şöbəsinə yerləşdirilib.