Niderland hökuməti istefaya gedir.
Globalinfo.az xəbər verir ki, bu barədə ölkənin baş naziri Dik Şof bəyan edib.
O, Azadlıq Partiyasının Nümayəndələr Palatasını tərk etməsi ilə bu hökumətə kifayət qədər dəstəyin olmadığını bildirib. Qeyd edək ki, hökumət bütün heyətlə istefa verir.
Niderland Kral Sarayının məlumatına görə, Kral Villem Aleksander istefa ərizəsini qəbul edib. İstefa ərizəsinin surəti parlamentin aşağı palatasına göndəriləcək.
Aysel Əliyeva
Globalinfo.az