ABŞ öz iqtisadiyyatını bərpa etmək və Çinlə rəqabət aparmaq əvəzinə, yenidən Yaxın Şərqdə ilişib qalıb.
Globalinfo.az xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının senatoru Aleksey Puşkov özünün Teleqram kanalında bildirib.
Rusiyalı senatorun sözlərinə görə, ABŞ daha bir ölkəni məhv etmək üçün gündə bir milyard yarım dollar xərcləyir.
“21-ci əsrdə Vaşinqton Əfqanıstan, İraq, Liviya və Suriyanın məhv edilməsinə yeddi trilyon dollar xərcləyib”, – Puşkov xatırladıb.
Siyasətçinin sözlərinə görə, ABŞ-ın davranışı qlobal supergücün lənətinə çevrilib. Senator izah edib ki, o, “həyati” hesab etdiyi, lakin vacib olmayan çağırışlara reaksiya verir.
Tahir Turan
Globalinfo.az