Dəhşətli qəzada ölən şəxsin adı bilindi – FOTO

Tovuz rayon sakini, 1997-ci il təvəllüdlü Rzayev Rza Firdovsi oğlunun idarə etdiyi KIA markalı minik avtomobilini yol kənarında dayanan “Mercedes” markalı yük maşını (TIR) ilə toqquşub. Nəticədə sürücü və avtomobildə olan sərnişin Tovuz rayon sakini, 1987-ci il təvəllüdlü Məmmədov Amir Arif oğlu hadisə yerində ölüblər.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Hacıqabul YMX-nin xilasediciləri cəlb olunub. Xüsusi avadanlığın köməyi ilə avtomobildə sıxılıb qalan meyitlər çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı BDYP tərəfindən araşdırma aparılır.

***10:13

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Hacıqabul rayonunda (Bakı-Qazax avtomobil yolunun 114-cü kilometrliyi) yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

Nazirlikdən Globalinfo.az-a verilən xəbərə görə, məlumatla əlaqədar nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Mercedes” və “Kia” markalı iki minik avtomobili toqquşub, 2 nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 2 nəfərin meyiti nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Hacıqabulda minik avtomobili TIR-la toqquşub, iki nəfər ölüb - YENİLƏNİB - FOTO