Qaxda maşın işıq dirəyinə çırpıldı, xəsarət alanlar var

Qaxda avtomobil işıq dirəyinə çırpılıb, iki nəfər xəsarət alıb.

Globalinfo.az-ın məlumatına görə, hadisə bu gün axşam saatlarında Qax-Qıpçaq avtomobil yolunun rayonun Kötüklü kəndi ərazisindən keçən hissəsində baş verib.

Belə ki, hərəkətdə olan “VAZ-2106” markalı avtomobil idarəetmədən çıxıb və elektrik dirəyinə dəyib. Nəticədə avtomobildə olan iki nəfər 1999-cu il təvəllüdlü Kərimov Şəmsəddin Təmraz oğlu və 2002-ci il təvəllüdlü Süleymanzadə Nihad Akif oğlu  müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.