bortnikov

NATO çalışır ki, öz qoşunlarını Cənubi Qafqaza sülhməramlı adı altında yeritsin”.

Globalinfo.az xəbər verir ki, bunu Astanada MDB xüsusi xidmət orqanları rəhbərlərinin görüşündə Rusiya Federal Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksandr Bortnikov deyib.

Onun sözlərinə görə, Qərb çalışır ki, Ermənistanı Kollektiv Təhlükəsizlik Müqaviləsi təşkilatından çıxarıb, Bakı ilə gələcək münasibətlərdə NATO-dan daha çox asılı etsin.

Bortnikov Qərbin İrəvanı Bakı ilə danışıqları uzatmağa məcbur edərək, nizamlama prosesini ələ almağa çalışdığını bildirib. O bundan sonra Qərbin regionda sülhməramlı kontingentini yerləşdirməyə çalışdığını söyləyib.

Rusiya FTX rəhbəri NATO-nun Cənubi Qafqazda möhkəmlənməsinin regionda stabilliyə gətirib çıxarmayacağını deyib.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: