mustafa sentop 00

Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şəntop isveçli həmkarı Andreas Norlenin Ankaraya səfərini ləğv edib.

Globalinfo.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu qərar yanvarın 11-də Stokholmda keçirilən Türkiyədə qadağan olunmuş PKK terror qruplaşmasına dəstək mitinqinə görə qəbul edilib.

Qeyd edək ki, Andreas Norlenin səfəri yanvarın 17-də baş tutmalı idi.

Paylaş: