Musa Musayev yenidən infarkt keçirdi

Təranə Qumral həyat yoldaşı Musa Musayevin infarkt keçiritdiyini açıqlayıb.

Globalinfo.az xəbər verir ki, qızları ilə Nanə Ağamalıyevanın qonağı olan sənətçi, bu haqda “7 tamam” verilişində bildirib.

O, Musa Musayevin bir neçə gün əvvəl ikinci dəfə infarkt keçirdiyini bildirib:

“Verilişə ona görə qızlarımla gəldim ki, Musa müəllimin səhhətində problem yaranıb. Mini infarkt keçirib. Birinci dəfə infarkt keçirəndə gizli saxlamışdıq. İstəmədik ki, kimsə bilsin.

Mikroinfarkt keçirib, Ürək damarlarına 3 stent qoyulub. Hazırda evdə müalicə alır. İndi vəziyyəti yaxşıdır”.