Ölkədə pandemiya və vaksinasiya ilə bağlı son vəziyyət açıqlandı – Foto

20:36

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 4 yeni yoluxma faktı qeydə alınıb, 9 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Globalinfo.az-a a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 2 nəfəri vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 831 869 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 821 559 nəfər müalicə olunaraq sağalıb, 10 279 nəfər vəfat edib, aktiv xəstə sayı 31 nəfərdir.

Ölkədə son sutka ərzində 1 041, hazırkı dövrədək isə 7 628 898 test aparılıb.

***

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 63 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Globalinfo.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 45, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 9, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 7, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 2 nəfərdir.

 

Vurulan vaksinlərin ümumi sayı 13 965 963, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 411 596, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 883 954, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 404 170, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 266 243 nəfər təşkil edir.