Kreml

Rusiya gecə saatlarında Ukraynaya qarşı növbəti kütləvi dron hücumu həyata keçirib.

Globalinfo.az xəbər verir ki, bununla bağlı Ukraynanın baş naziri Yuliya Svırıdenko Telegram kanalında paylaşım edib.

“İlk dəfədir ki, hökumət binası, damı və yuxarı mərtəbələri düşmənin hücumu nəticəsində zədələnib. Xilasedicilər yanğını söndürürlər”, – o bildirib.

Baş nazir qeyd edib ki, hadisə yerinə helikopterlər cəlb edilib:

“Bu hadisəyə cavab olaraq Rusiyaya qarşı sanksiya təzyiqləri, o cümlədən neft və qazına məhdudiyyətləri artırmaq lazımdır”.

Ukrayna Prezidenti Volodimir Zelenski daha əvvəl demişdi ki, sentyabrın əvvəlindən Rusiya Silahlı Qüvvələri 1300-dən çox pilotsuz uçuş aparatını havaya buraxıb və Ukrayna ərazisindəki hədəflərə 900-ə yaxın idarə olunan bomba atıb.

bina
Bu gönderiyi Instagram’da gör

Globalinfo.az (@globalinfo_az)’in paylaştığı bir gönderi

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: