Ukrayna Prezidenti Volodimir Zelenski Moskvaya dron hücumlarından danışıb.
Globalinfo.az xəbər verir ki, bu barədə o, Telegram kanalında paylaşım edib.
“Ukraynanın “uzaqmənzilli sanksiyaları” Moskva regionuna çatıb. Bu, Rusiyanın müharibəni uzatmasına və şəhərlərimizə, əyalətlərimizə endirdiyi zərbələrə tamamilə ədalətli cavabdır.
Biz ruslara müharibəni dayandırmalı olduqlarını açıq şəkildə göstərdik”, – Zelenski bildirib.