“Qələbə Günü şənliklərini pozmaq üçün heç bir cəhd olmayıb”.
Globalinfo.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov jurnalistlərə deyib.
“Hər şey qaydasındadır”, – deyə o bildirib.
Bundan əvvəl 8 may səhəri Rusiya Müdafiə Nazirliyi qeyd etmişdi ki, Moskvanın atəşkəs elan etməsinə baxmayaraq, Ukrayna Silahlı Qüvvələri Belqorod və Kursk bölgələrində Rusiya qoşun mövqelərinə və mülki hədəflərə qarşı pilotsuz təyyarələrlə hücumlar davam etdirir.
Əliyar Xəlil
Globalinfo.az