“Azərbaycanla sülh müqaviləsi üzrə danışıqlar dalana dirənməyib”.
Globalinfo.az xəbər verir ki, bunu Ermənistan parlamentinin hakim “Mülkü müqavilə” fraksiyasının katibi Artur Hovhannisyan deyib.
Onun sözlərinə görə, sülh prosesi davam edir, sadəcə müəyyən çətinliklər var:
“Bəzi mübahisəli məqamlar var ki, müzakirəsi zaman alır. Amma proses ümumilikdə dalana dirənməyib, hər zaman davam edir. Həm Azərbaycan, həm də beynəlxalq tərəfdaşlarımızla fikir mübadiləsi aparırıq”.
Əliyar Xəlil
Globalinfo.az