Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Rusiyada rəsmi səfərdədir.
Globalinfo.az xəbər verir ki, Mirzoyan səfər çərçivəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşüb.
Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova görüşün fotosunu öz Teleqram kanalında paylaşıb.
Hazırda XİN başçıları arasında ikitərəfli müzakirənin davam etdiyi bildirilir.
Əliyar Xəlil
Globalinfo.az