irann

İranın yeni müdafiə naziri Mehrdad Əxlaqi Kitabçi ABŞ-ı ölkəsinə qarşı mümkün yeni hərbi əməliyyatlardan çəkindirməyə çalışıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Nazir parlamentdə çıxışı zamanı bildirib ki, Vaşinqton yenidən İrana hücum edərsə, Tehran buna genişmiqyaslı cavab verəcək.

Əxlaqi Kitabçi ABŞ-ın İranın infrastruktur obyektlərinə GBU-43/B tipli güclü bomba ilə zərbə endirməsi ehtimalına da münasibət bildirib.

O, İranın müdafiə sənayesinin gücləndiriləcəyini, hərbi texnologiyaların inkişaf etdiriləcəyini və özəl sektorla əməkdaşlığın genişləndiriləcəyini vurğulayıb.

Qeyd edək ki, İran parlamenti Mehrdad Əxlaqi Kitabçinin müdafiə naziri vəzifəsinə namizədliyini təsdiqləyib.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: