israil 900x524 1

İsrail Qəzzada müharibənin başa çatması üçün 5 prinsipin həyata keçirilməsini tələb edir.

Globalinfo.az xəbər verir ki, bu barədə İsrail baş nazirinin müşaviri Dmitri Hendelman danışıb.

Onun sözlərinə görə, İsrail HƏMAS-ın silahsızlaşdırılmasını, bütün girovların azad edilməsini, Qəzzanın demilitarizasiyasını, sektorun təhlükəsizliyi üzərində nəzarətin İsrailə verilməsini və HƏMAS-la yanaşı, Fələstin Milli Administrasiyasının da iştirak etmədiyi alternativ mülki idarəetmənin yaradılmasını istəyir.

Bundan əvvəl İsrailin baş naziri Benyamin Netanyahu hökumətin iclasında Qəzza üzrə “Sülh Şurası”nın 15 maddəlik planını rədd etdiyini açıqlamışdı. O bildirmişdi ki, HƏMAS tamamilə silahsızlaşdırılmayana qədər İsrail ordusu Qəzzadan çıxmayacaq.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: