Fransada şiddətlənən etirazlar zamanı televiziya heyətinin canlı yayımına təhlükəli jest əks olunub.
Globalinfo.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Kameraya yaxınlaşan nümayişçilərdən biri əlini boğazına çəkərək başkəsməni xatırladan hərəkət edib. Təhdid kimi qiymətləndirilə biləcək bu jest canlı yayımda görüntülənib.
Etirazlar zamanı ölkə üzrə 1200 nəfərin saxlanıldığı, 150 polis əməkdaşının isə xəsarət aldığı bildirilir. İğtişaşlar fonunda qarətçilərin hədəfində lüks mağazalar da olub.
Safura Bənnayeva
Globalinfo.az