zevvar

Hindistanın Madhya-Pradeş ştatının Qvalior şəhərində yük maşınının zəvvarların üzərinə çırpılması nəticəsində 15 nəfər həlak olub, 26 nəfər yaralanıb.

Globalinfo.az xəbər verir ki, bu barədə NDTV və “The Times of India” nəşrləri məlumat yayıb.

Hadisə oktyabrın 18-də, gecə saatlarında Şitla Mata məbədinə gedən yolda baş verib.

Düyü daşıyan yük maşını dik enişdə idarəetmədən çıxaraq zəvvarların üzərinə sürülüb, daha sonra məbədin giriş qapısına və divarına çırpılıb.

Qəza zamanı iki polis əməkdaşı da yaralanıb.

İlkin məlumata görə, həmin ərazidə dini mərasimlə əlaqədar ağırtonnajlı nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıbmış.

Maşının qadağan olunmuş əraziyə necə daxil olduğu və qəzanın texniki səbəbləri araşdırılır.

Qeyd edək ki, hadisə ilə bağlı yük maşınının sürücüsü və sahibi saxlanılıb. Ölənlərin sayının artması ehtimalı da istisna edilmir.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: