1785786146437534 lvUuPl g

“Ukrayna Rusiyanın dərinliklərindəki hədəflərə zərbələr endirmək üçün ABŞ-dan “Starshield” peyk rabitə sisteminə çıxış əldə etməyi xahiş edib”.

Globalinfo.az xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio deyib.

“Lakin hazırda belə bir imkanı yoxdur”, – deyə dövlət katibi bildirib.

Qeyd edək ki, “SpaceX” şirkəti tərəfindən müdafiə qurumları üçün hazırlanan “Starshield” sistemi Starlink xidmətinin hərbi versiyasıdır. O, Yer kürəsinin aşağı orbitində yerləşən peyklər vasitəsilə internetə çıxışı təmin edir.

Kommersiya məqsədli “Starlink-“ən fərqli olaraq, “Starshield” sistemi Vaşinqtonun nəzarəti altındadır.

Onun istifadə şərtlərini ABŞ hökuməti müəyyən edir.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: