Milyardlıq müqavilə: İlon Mask casus peyk şəbəkəsi yaradır

İlon Mask məxsus “SpaceX” şirkəti Amerika kəşfiyyatı ilə gizli müqavilə çərçivəsində yüzlərlə casus peykdən ibarət şəbəkə yaradacaq.

Globalinfo.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat dərc edib.

Agentliyin məlumatına görə, bu şəbəkə uğurlu olarsa, ABŞ Silahlı Qüvvələrinin Yer kürəsinin demək olar ki, hər yerində potensial hədəfləri tez aşkar etmək imkanları xeyli genişlənəcək.

Şirkətin 2021-ci ildə ABŞ Milli Hərbi Kosmik Kəşfiyyat İdarəsi ilə imzaladığı 1,8 milyard dollarlıq müqaviləyə əsasən şəbəkənin yaradılmasına “Starshield” bölməsi cavabdehlik daşıyacaq.

ABŞ Müdafiə Nazirliyinin quru qoşunlarını dəstəkləmək üçün nəzərdə tutulan aşağı orbitli peyk sistemlərinə əhəmiyyətli investisiya yatırdığı bildirilir.

Əliyar Xəlil
Globalinfo.az