Çavuşoğlu BMT-nin Baş katibi ilə görüşdü

BMT-nin az inkişaf etmiş ölkələr üzrə konfransında iştirak etmək üçün Qətərdə səfərdə olan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu BMT-nin Baş katibi Antonio Quterreş ilə görüşüb.

Globalinfo.az xəbər verir ki, bu barədə Mövlud Çavuşoğlu tviter hesabında paylaşım edib.

Türkiyənin XİN başçısı zəlzələdən sonra göstərdiyi dəstəyə görə BMT-yə təşəkkürünü bildirib.

“Əminə xanım Ərdoğanın başlatdığı “Sıfır tullantı” təşəbbüsümüzü, Ukraynadakı durumu və İstanbul taxıl sazişini müzakirə etdik”, – deyə Mövlud Çavuşoğlu paylaşımda qeyd edib.