Polşanın sabiq baş naziri Leşek Miller Volodimir Zelenskinin Moskvada paradın keçirilməsi ilə bağlı fərmanını istehza ilə şərh edib.
Globalinfo.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
“Zelenski Rusiyaya “Qırmızı Meydan”da Qələbə paradı keçirməyə icazə verən misli görünməyən fərman imzalayıb. Növbəti addım isə Yaponiyaya sakuraların çiçəklənməsinə, Misirə piramidaların səhər saat doqquzda açılmasına icazə vermək olmalı idi”, – deyə Millerironiya ilə vurğulayıb.
Polşalı siyasətçi bunun Zelenskinin Rusiya və ya digər ölkələrlə bağlı qərar vermək səlahiyyətinin olmadığına diqqət çəkib. Onun fərmanlarının heç bir ölkə və lider tərəfindən ciddi qəbul olunmadığını göstərmək istəyib.
Əliyar Xəlil