Məşhur klubun baş məşqçisi: “Azarkeşlərə yazığım gəlir”

“Liverpul”un baş məşqçisi Yurgen Klopp uğursuzluqlara görə azarkeşlərdən üzr istəyib.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, o, azarkeşlərə yazığı gəldiyini deyib:

“Çünki onlar bizdən gözlədikləri nəticələri ala bilmədilər. Onlardan üzr istəyirəm. Uğursuzluqlara görə 100 faiz məsuliyyət daşıyıram. Həqiqətən də bu, yaxşı vəziyyət deyil. Bilirəm ki, bizimlə bağlı mənfi rəylər var. Bunu başa düşürəm. Amma stadiondakı azarkeşlərə minnətdaram, onlar inanılmazdır”.