Məşhur cütlüyün ikinci övladı dünyaya gəldi

Türkiyəli aktrisa Fahriye Evcen və aktyor həyat yoldaşı Burak Özçivitin ikinci övladları dünyaya gəlib.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, körpə bu gün Amerika Xəstəxanasında anadan olub.

Cütlük uşağa Kərəm adını verib.

Qeyd edək ki, ikilinin Karan adında daha bir uşağı var.