Əməkdar artistin qolu sındı

Əməkdar artist Könül Kərimovanın başına iş gəlib.

Globalinfo.az axşam.az-a istinadən xəbər verir ki, müğənninin qolu sınıb. Bu haqda ifaçı “Xəbər-ətər” proqramında danışıb. O bildirib ki, hadisə yanvarın sonunda baş verib:

“Yıxıldım və qolum sındı. Buzda sürüşmüşdüm. Toy sahibi guya mənə kömək edirdi. Özüm hündürdabanda keçsəydim, heç belə olmazdı. Sağ üstə yıxılmışam, amma sol qolum sınmışdı. Neçə ay qolum işləməyib, indi o birindən kök görünür. İki ay müalicəyə getmişəm. Bir qolum çöküb. Gizlətdim, heç kim başa düşmədi”.

K.Kərimova operatorlardan onun sol qolunu çəkməmələrini xahiş edib.