qehrman

Xəbər verdiyimiz kimi, Azərbaycanın Milli Qəhrəmanı Ehtiram Əliyev uzun sürən xəstəlikdən sonra bu gün, 54 yaşında vəfat edib.

Globalinfo.az bildirir ki, Milli Qəhrəman sabah saat 14:00-da İkinci Fəxri xiyabanda dəfn olunacaq.

O, Milli Onkologiya Mərkəzinin reanimasiya şöbəsində müalicə alırdı. Ona xroniki ürək çatışmazlığı, ağciyər ödemi və anemiya diaqnozları qoyulmuşdu. 

Paylaş: