Məşhəddə güclü yanğın: Tüstü şəhəri bürüdü

İranın şimal-şərqində yerləşən Məşhəd şəhərində güclü yanğın baş verib.

Globalinfo.az Oxu.az-a istinadən xəbər verir ki, yanğının tüstüsü bütün şəhəri bürüyüb.

Alov şəhərin kənarında yerləşən məişət texnikası anbarlarından birinin ərazisində qeydə alınıb.

Hadisənin səbəbləri araşdırılır.