sheki sel mashin

İyunun 20-də saat 16:00 radələrində Daşkəsən rayonu ərazisinə yağan güclü leysan yağışları Daşkəsən şəhərində istinad divarlarına, yol infrastrukturuna, rayonun Bayan, Çanaqçı, Quşçu, Aşağı Daşkəsən, Alaxançallı və Qaraqullar kəndlərində körpülərə və yollara, əkin sahələrinə ciddi ziyan vurub, bir sıra fəsadlar törədib.

Globalinfo.az xəbər verir ki, dağlardan iri qaya parçaları və palçıq kütləsi avtomobil yollarına töküldüyündən bəzi yollarda nəqliyyatın hərəkəti dayanıb.

Sel suları Daşkəsən şəhərində bir fərdi yaşayış evini tam qəzalı vəziyyətə salıb. Qəzalı vəziyyətə düşən evin sakinləri müvəqqəti köçürülüb.

Qaraqullar kəndinin bir sakinini isə ildırım vurub və o, xəstəxanaya yerləşdirilib.

Dəymiş ziyanın Daşkəsən Rayon İcra Hakimiyyəti tərəfindən aidiyyəti yerli qurumlarla birgə aradan qaldırılması işləri davam etdirilir.

6491d687a26336491d687a263416872792396491d687a262e6491d687a2630 6491d687bf67b6491d687bf67c16872792396491d687bf6796491d687bf67a 6491d6878c50a6491d6878c50b16872792396491d6878c5076491d6878c508 6491d68773eb76491d68773eb816872792396491d68773eb56491d68773eb6

Paylaş: